"Sabah"a 4 qol vurub, yola saldılar
Futbol
147
03 İyul 2026 - 06:09
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçını keçirib.
Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu "Polesye" klubu ilə qarşılaşıb. Ukrayna komandası 4:1 hesablı qələbə qazanıb.
"Sabah"ın yeganə qolunu Velko Simiç vurub.
Qeyd edək ki, "Qarabağ"dan Ukrayna təmsilçisinin heyətinə yeni transfer olunan Leandro Andrade matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.