"Qarabağ"dan 7-ci transfer
Futbol
120
03 İyul 2026 - 21:06
Supersport.Az xəbər verir ki, "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.
Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi "Qarabağ"a transfer olunub.
Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam komandasının formasını geyinəcək.
MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin "Kozarmisleni"də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.
Qeyd edək ki, Bense Varkonyi "Qarabağ'ın yay transfer pəncərəsində yeddinci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.