"Qarabağ"lı Elvin "Tvente"ylə oyunları buraxacaq
Futbol
189
17 Avqust 2026 - 16:33
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev"lə keçirilən cavab oyunda zədələnib.
Supersport.Az xəbər verir ki, tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Elvinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Məlumat Ağdam klubunun mətbuat xidmətindən verilib.
Elvin Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Tvente"ylə avqustun 20, 27-də keçirəcəyi oyunları buraxmalı olacaq.