"Qarabağ" səhvləri bağışlamır" - Azər Bağırov - Video
Futbol, Eksklüziv, Video
124
17 Avqust 2026 - 22:00
Supersport.Az Azərbaycan Premyer Liqasının I turunda "Qarabağ"a məğlub olan "Şamaxı"nın baş məşqçisi Azər Bağırovun oyun haqda fikirlərini videogörüntüyə alıb.
"Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Birinci hissədə uşaqlarda həyəcan var idi. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Oyundan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır. "Qarabağ" kimi rəqiblərlə matçlarda tapşırıqları maksimum yerinə yetirmək lazımdır. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı olmaq üçün çalışacağıq. "Qarabağ"a Konfrans Liqasında uğurlar arzulayıram".