"Turan" - "Fenerbahçe" dostluq yeməyində - Fotolar
Supersport.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Turan Tovuz" "Fenerbahçe"ylə yoldaşlıq oyununda Türkiyə klubuna ziyafət təşkil edib.
Qonaqlıqda "Turan"ın rəhbəri Ehtiram Quliyev, baş məşqçi Qurban Berdıyev, "Fənər"in prezidenti Aziz Yıldırım, baş məşqçi İsmail Kartal, İdarə Heyəti üzvləri Fatih Aslan və Barış Karagöz, eləcə də Direktorlar Şurasının üzvü Mehmet İman iştirak ediblər. Ziyafətdə hər iki klubun məşqçilər korpusu, inzibati heyəti və futbolçuları da yer alıblar.
Yeməkdən əvvəl "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev, baş məşqçi Qurban Berdıyev və "Fenerbahçe"nin futbol üzrə direktoru Oğuz Çetin fikirlərini bildiriblər.
Oğuz Çetin göstərilən qonaqpərvərliyə, isti, səmimi münasibətə və tədbirin təşkilinə görə "Turan Tovuz" klubuna təşəkkür edib.
Tədbir hər iki klubun nümayəndələrinin iştirakı ilə tort kəsmə mərasimi ilə başa çatıb.