İsmail Kartal: "Azərbaycan - Türkiyə qardaşlığını gücləndirməyə gəlmişdik" - Video
Futbol, Eksklüziv, Video
133
03 Oktyabr 2026 - 23:40
Supersport.Az Bakıda "Turan Tovuz"la dostluq matçında qələbə qazanan "Fenerbahçe"nin baş məşqçisi İsmail Kartalın açıqlamasını videoya çəkib.
Mütəxəssis bildirib ki, onların əsas gəliş məqsədi "İki millət, tək dövlət" amalına sadiq qalaraq qardaşlığı möhkəmləndirməkdir və dostluq matçında qələbə və ya məğlubiyyət önəmli deyil.
Türkiyəli baş məşqçi, azərbaycanlı azarkeşlərin onlara göstərdiyi böyük maraqdan və sevgidən çox məmnun qaldıqlarını vurğulayıb.
"Fenerbahçe"nin baş məşqçisi "Turan" klubuna da təşəkkür edib.