"Qarabağ" "Dinamo"ya qol vurdu, uduzdu
Futbol
82
28 Oktyabr 2026 - 17:25
19 yaşadək futbolçulardan ibarət UEFA Gənclər Liqasında mübarizə başlayıb. Çempionlar yolunda mübarizə aparan "Qarabağ" II təsnifat mərhələsində ilk oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Azərbaycan klubu Xorvatiya çempionu Zaqreb "Dinamo"su ilə qarşılaşıb.
"Qarabağ" ilk hissədə hesabı açıb. Fasilə ərəfəsində Viktor Ani Çidioke penaltidən yararlanıb. İkinci yarıda iki qol vuran qonaq komanda 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 4-də Zapreşiçdəki İvan Lalyak-İviç stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.