Azərbaycan yığmasının bərbad çıxışı 

Azərbaycan yığmasının bərbad çıxışı 
Futbol
189
29 Oktyabr 2026 - 20:40

Supersport.Az xəbər verir ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub.


Famil Xəlilovun baş məşqçi olduğu yığma rəqibinə 2:4 hesabı ilə uduzub.


Xatırladaq ki, Azərbaycan yığması Timor-Leste seçməsini 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə bitirib.


Azərbaycan yığması C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl Çili yığmasına uduzub (1:3), Cəbəllütariq seçməsini 5:1, Mozambiki isə 4:1 hesabı ilə məğlub edib.


Qeyd edək ki, çempionatda dünyanın 189 ölkəsindən yığma komandalar iştirak edirlər. Çempionatda 1000-ə yaxın oyun keçiriləcək.



Digər xəbərlər