İspaniya Bakıda dünya çempionu oldu - Fotolar
Bakıda FIFA U-15 dünya mempionatının həlledici final matçı keçirilib.
Supersport.Az-ın məlumatına görə, A səviyyəsinin finalında İspaniya yığması Çexiya seçmə komandasını 3:0 hesablı məğlub edib.
İspaniya ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalının çempionu olaraq Dünya Kubokunun sahibi olub. Yarışda 189 ölkə iştirak edib.
Final qarşılaşmasının ardından turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final mərhələsində müxtəlif səviyyələr üzrə qalib gələn komandaların futbolçularını təbrik edərək onlara medallar təqdim ediblər.
Mükafatlandırma mərasimində həmçinin turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf olub.
Mərasimin sonunda Dünya Kuboku turnirin ilk çempionu İspaniya yığmasına təqdim olunub.