Hidayət Heydərov bürünc medalla kifayətləndi - Fotolar

Hidayət Heydərov bürünc medalla kifayətləndi - Fotolar
Olimpiya, Digər, Cüdo, Foto
122
30 Oktyabr 2026 - 21:00

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" cüdo turnirində Azərbaycan millisinin üzvü, olimpiya, dünya çempionu Hidayət Heydərov bürünc medalla kifayətlənib.


Supersport.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan idmançı rumın Lusian Borş Dumitreskunu, belçikalı Əbdül Malik Umayevi və kosovolu Akil Qyakovanı məğlub edərək yarımfinala yüksəlib.


Hidayət Heydərov bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzub. Hidayət üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşviliyə qalib gəlib.


Azərbaycan millisindən əvvəlcə Balabəy Ağayev (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) qızıl, Rəşad Yelkiyev (66 kiloqram) isə bürünc medal əldə ediblər.

Digər xəbərlər