Azərbaycanı qəbul edəcək Lixtenşteyn kapitanı kənarlaşdırdı

Azərbaycanı qəbul edəcək Lixtenşteyn kapitanı kənarlaşdırdı
Futbol, Eksklüziv
134
10 Noyabr 2026 - 09:15

Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasında Azərbayxan yığmasını qəbul edəcək Lixtenşteyn seçmə komandası itkiylə üzləşib. 


Kapitan Nikolas Hasler heyətdən kənarlaşdırılıb. "Vaduts"un futbolçusu "Sioni"ylə matçda ciddi zədə alıb. 


Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfştük (Konrad Fünfstück) Nikolas Haslerin əvəzinə Manuel Mikusu heyətə çağırıb. 27 yaşlı Mikus "AVV Swift"da çıxış edir. M.Mikus 4 il əvvəl ilk görüşünü Cəbəllütarikə qarşı səfərdə keçirib. 


Lixtenşteyn - Azərbaycan matçı noyabrın 13-də Bakı vaxtıyla 23:45-də "Rheinpark" stadionunda başlanacaq.


Azərbaycan yığması 3 oyundan 5 xalla qrupda birinci, Litva 4 xalla ikincidir. Bakıda milli komandadan xal qoparan Lixtenşteyn sonuncudur.

Digər xəbərlər