Xankəndi stadionunda oyunun vaxtı məlum oldu - Foto

Xankəndi stadionunda oyunun vaxtı məlum oldu - Foto
Futbol, Foto
113
10 Noyabr 2026 - 10:02

Supersport.Az-ın məlumatına görə, Xankəndi Şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlum olub.


Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.  Qarşılaşmaya saat 16:00-da start veriləcək.



“Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.



Digər xəbərlər