"Sampdoriya"dakı millinin futbolçusu heyətdən çıxarıldı

"Sampdoriya"dakı millinin futbolçusu heyətdən çıxarıldı
Futbol
122
10 Noyabr 2026 - 09:41

"Sampdoriya"da forma geyən Azərbaycan milli komandasının futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.


Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


İtaliya B seriyasının 11-ci turunda "Sampdoriya"nın səfərdə "Karrareze"ni 1 qolla məğlub etdiyi matçda hücumçu Lorenzo Mezzotero 41-ci dəqiqədə qayda pozuntusuna görə sarı vərəqəylə cəzalanıb.

Lorenzo 69-cu dəqiqədə niderlandlı müdafiəçi Byorn Meyerlə əvəz olunub. 


Lorenzo Mezzoteronun zədə səbəbindən milli komandanın heyətindən çıxarıldığı bildirilir. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun üzvü Ağadadaş Salyanski yığmaya dəvət olunub.

Digər xəbərlər