Lixtenşteyndə Azərbaycanla oyun ərəfəsi yüksək motivasiya
Lixtenşteyn milli komandasında son iki matç öncəsi ab-hava olduqca müsbətdir.
Lixtenşteyn yığması ilin son iki oyunun hazırlığına çərşənbə axşamı günortadan sonra başlayıb.
Baş məşqçi Konrad Fünfstückün rəhbərlik etdiyi komanda cümə günü "Rheinpark" stadionunda Azərbaycanla qarşılaşacaq, ardınca UEFA Millətlər Liqasındakı mübarizəsini bazar ertəsi səfərdə Litva ilə keçirəcəyi matçla başa vuracaq.
Supersport.Az məlumat verir ki, Lixtenşteyn futbol qurumunda xəbərdə bu sözlər də yer alıb:
"Bazar günü liqa matçı olan üç oyunçu istisna olmaqla, hər kəs meydanda çox motivasiyalı idi. Həmin oyunçular məşq yükünü ən yaxşı şəkildə idarə etmək üçün atletik məşqçi Markus Hödl ilə birlikdə fərdi məşqlər yerinə yetiriblər. Futbolçuların əhval-ruhiyyəsi və motivasiyası meydanda açıq şəkildə hiss olunurdu: onlar məşqi yüksək səviyyədə başa vurublar".
Lixtenşteyn yığması oktyabrın birinci günü Bakıda Azərbaycan millisini qələbəyə həsrət qoyub, xal qazanmışdı.
Lixtenşteyn - Azərbaycan matçına noyabrın 13-də Bakı vaxtıyla 23:45-də "Rheinpark" stadionunda start veriləcək.
Azərbaycan yığması 3 oyundan 5 xalla qrupda birinci, Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncu yerdədir.