"Qarabağ" azarkeşlərinə mesaj verildi
Supersport.Az xəbər verir ki, "Qarabağ Ordu" azarkeş qrupu "Qarabağ" - "Kopenhagen" matçına gələcək fanatlara müraciət edib.
Hörmətli azarkeşlər!
Bildirmək istəyirik ki, qarşıdakı oyunda "Qarabağ Ordu" azarkeş qrupunun dəstəyi ilə 20-ci sektordan 27-ci sektoradək xüsusi xoreoqrafiya təqdim ediləcək. Xahiş edirik, həmin sektorlarda əyləşən bütün azarkeşlər təlimatlara uyğun hərəkət etsinlər.
Unutmayın ki, sizə verilən “kloklar” oturacaqların altına qoyulmaq üçün deyil. Onların əsas məqsədi oyunçular meydana daxil olan an tribunada böyük yazının formalaşdırılmasıdır. Bunun üçün hər biriniz klokları vaxtında və eyni anda əllərinizlə yuxarı qaldırmalısınız.
Sizin birlikdə göstərdiyiniz dəstək komandamız üçün çox önəmlidir. Əvvəlcədən təşəkkür edirik!