"Qarabağ"ın "Dinamo Zaqreb"lə matçına biletlər satışa çıxarılacaq
Futbol
1576
16 Avqust 2024 - 15:51
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Dinamo Zaqreb"lə səfər oyununa bilet satışına avqustun 17-də start veriləcək.
Qiymətlər 20, 30, 35, 40, 50 avrodur.
"Qarabağ"ın "Dinamo Zaqreb"lə ilk matçı avqustun 20-də 37 min 168 yerlik "Maksimir", cavab qarşılaşması isə 28-də 31 min 200 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına stadionda keçiriləcək.
20 avqust
23:00 GNK Dinamo - Qarabağ FK
28 avqust
20:45 Qarabağ FK - GNK Dinamo