"Qarabağ"ın Avropa Liqasında oyunlarının təqvimi

"Qarabağ"ın Avropa Liqasında oyunlarının təqvimi
Futbol
19752
30 Avqust 2024 - 16:11

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri məlum olub.

Azərbaycan çempionu ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdam komandası ikinci matçında İngiltərədə "Tottenhem"lə qarşılaşacaq.

"Qarabağ" üçüncü oyununda doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) qüvvəsini sınayacaq.

Azərbaycan klubu daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək.

"Qarabağ" sonra Bakıda "Styaua" (Rumıniya) ilə, "Elfsborq"la İsveçdə görüşəcək.

Liqa mərhələsinə sentyabrın 25-26-da start veriləcək.

"Qarabağ" 36 komanda arasında ilk 8-liyə düşsə, 1/8 finala birbaşa vəsiqə qazanacaq. Ağdam klubu 9-24-cü yeri tutarsa, artıq "pley-off"a (şərti olaraq 1/16 final deyək) yüksələcək.


Avropa Liqası təqvimi


1-ci tur: 25-26 sentyabr 2024 "Qarabağ" - "Ayaks"


2-ci tur: 3 oktyabr "Tottenhem" - "Qarabağ"


3-cü tur: 24 oktyabr "Qarabağ" - "Lion"


4-cü tur: 7 noyabr "Olimpiakos" - "Qarabağ"


5-ci tur: 28 noyabr "Qarabağ" - "Malmö"


6-cı tur: 12 dekabr "Budyo Qlimt" - "Qarabağ"


7-ci tur : 23 yanvar 2025 "Qarabağ" - "Styaua"


8-ci tur: 30 yanvar "Elfsborq" - "Qarabağ"


Pley-off: 13 fevral 2025 / 20 fevral 2025


1/8 final: 6 mart 2025-ci il / 13 mart 2025-ci il


1/4 final: 10 aprel 2025 / 17 aprel 2025


Yarımfinal: 1 May 2025 / 8 May 2025


Final: 21 may 2025-ci il

Digər xəbərlər