"Şəfa" premyer liqada

"Şəfa" premyer liqada
Futbol
108
16 May 2026 - 16:47

Supersport.Az xəbər verir ki, Azərbaycan birinci Liqasında çempion müəyyənləşib. "Şəfa" mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib.


Paytaxt təmsilçisi buna XXVI turda nail olub. “Şəfa” öz meydanında “Cəbrayıl”a qalib gəlib – 1:. Bununla da xallarının sayını 57-yə çatdıran Bakı klubu izləyiciləri üçün əlçatmaz olub. Bununla da “Şəfa” qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin edib.


İlk dəfə I Liqanın qalibi olan “Şəfa” əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Qəbələ”  və “Turan Tovuz” iki, digər komandaların bir qızıl medalı var.


Qeyd edək ki, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

Digər xəbərlər