"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Xoşbəxt insanam"
Supersport.Az xəbər verir ki, "Sabah"ı məğlub edərək Konfrans Liqasına vəsiqə qazanan "Neftçi"nin baş məşqçisi Yuri Vernidub qələbəni şərh edib.
"Bu çox gözəl axşamdır, çünki məqsədimizə çatdıq. Mən Bakıya gələndə qarşıma məqsəd qoyulmuşdu ki, "Neftçi" avrokuboklarda iştirak edə bilsin. Bilirdim ki, 4-cü yerdən çox uzaqdayıq, eyni zamanda, anlayırdım ki, qarşımızda kifayət qədər çox oyun var. 2025-ci ilin sonlarında 2 oyun keçirəndən sonra toplanışa getməyimiz yaxşı oldu ki, futbolçularla daha yaxından tanış olum və tapşırıqların yerinə yetirilməsi üçün əlimizdən gələni edək. Bilirdim ki, buna nail ola bilərik, sadəcə, daha çox işləmək, daha yaxşı oynamaq lazımdır ki, Allah da bizi buna görə mükafatlandırsın. Səmimi olaraq deyim ki, mən bu gün xoşbəxt bir insanam. Futbolçular mənə və köməkçilərimə, biz də onlara inandıq ki, bu çox önəmli idi. Bütün komanda üzvlərinə, klub rəsmilərinə, əməkdaşlarına təşəkkür edirəm. Çünki bu qələbədə onların da böyük rolu var. Xüsusilə klub rəhbərliyinə minnətdaram. Onlar hər zaman yanımızda oldular, bizə dəstək verdilər, istədiyimiz hər şeylə bizi təmin etdilər. Bu cür nəticələrin əldə edilməsində belə dəstək və klub rəhbərliyi ilə komandanın bir ailə kimi olması çox önəmlidir. Bax, bizim qələbələrimizin təminatı budur".