"Qarabağ"ın məşhur siması Müşfiq Hüseynov Həcc ziyarətində - Foto
Futbol, Digər, Foto
502
18 May 2026 - 15:15
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın 56 yaşlı məşqçisi Müşfiq Hüseynov Həcc ziyarətinə gedib.
Məlumat üçün bildirək ki, Allahın möhtəşəm qiymət verdiyi - ZilHiccə ayı bu gün başlayıb.
Səudiyyə Ərəbistanına gedən milyonlarla zəvvar həm canları, həm də mallarıyla ibadətlərini yerinə yetirəcəklər, Uca Rabbdən bağışlanma istəyəcəklər.
Zəvvarlar Məkkə şəhərindəki Kəbəni də ziyarət edəcək, təvaf namazı ibadətini də yerinə yetirəcəklər.
26 mayda Ərəfə günü olacaq.
27 may Qurban Bayramı günüdür.
Həzrəti Muhamməd Peyğəmbər (S.Ə.V) buyurub ki, məqbul olan həccin qarşılığı cənnətdir.