Nihad Məmmədov "Ginnesin Rekordlar Kitabı"na düşdü

Nihad Məmmədov "Ginnesin Rekordlar Kitabı"na düşdü
Stolüstü Tennis, Digər
212
20 May 2026 - 21:51

Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusu olub.


Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb. Bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.


Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, "Şüa" İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib. Sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

Digər xəbərlər