"Qarabağ" Avroliqada yarışacaq

"Qarabağ" Avroliqada yarışacaq
Futbol
172
16 May 2026 - 19:40

Supersport.Az xəbər verir ki, Ağdam klubunun Azərbaycan premyer liqasında bu mövsüm tutduğu yer dəqiqləşib.


Bu, XXXII turun "Qarabağ" - "İmişli" oyunundan (3:0) sonra müəyyənləşib.

 

32 matçdan sonra xallarının sayını 66-ya çatdıran Ağdam komandası 2-ci yeri tutub. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 qızıl və 3 bürüncü olan "Qarabağ" 5-ci dəfə gümüşə sahib çıxıb.

 

"Qarabağ" UEFA Avropa Liqasında yarışacaq, turnirə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.

Digər xəbərlər