Qurban Qurbanov: "Qarabağ" bəzi futbolçuları göndərə bilər" - Video
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan premyer liqasının 32-ci turunda "İmişli"yə qalib gəldikləri matçdan (3:0) sonra oyun barədə fikirlərini bildirib.
"Futbolçularımı təbrik edirəm. Avropa Liqasına vəsiqəni rəsmiləşdirmək baxımından vacib qalibiyyət əldə etdik. Qarşımızda yaxşı müdafiə olunan və çox sürətli əks-hücumlara keçən kollektiv var idi. Hesab 3:0 olsa da, oyun heç də asan keçmədi. Futbolçularımdan razı qaldım, intizamlı çıxış etməyə çalışdılar. Həm təcrübə, həm də düşünülmüş hücumlar yaxşı qalibiyyət əldə etməyimizə gətirib çıxardı. Bu, mövsüm ərzində son ev oyunumuz idi. Hər dəfə matçlarımıza gələn, bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm".
Mütəxəssis deyib ki, komanda bəzi futbolçuları yola salacaq:
"Bədavi Hüseynov böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq".