"Qarabağ"dan yeni futbolçuyla 3 il müqavilə
Futbol
406
18 May 2026 - 19:29
"Qarabağ" yeni mövsümə ilk futbolçu keçidini gerçəkləşdirib.
Fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"ın uğurlarına çalışacaq. O, komandada 7 nömrəli formanı geyinəcək.
Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.
Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.