Qurban Qurbanov: "Qarabağ" ən döyüşkən, mübariz, cəsarətli olacaq"
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan mövsüm haqda danışıb.
O, Ağdam komandasınınUEFA Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələndirib:
"Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq".
Tədbirin sonunda futbolçular çıxış edərək komandaya başa çatmaqda olan mövsümü dəyərləndirib, yeni mövsümdə uğurlar arzulayıblar. Onlar komandanın hədəflərinə çatması üçün əllərindən gələni edəcəklərini bildiriblər.