Sadıq Sadıqovun yerinə cavan kadr Fərəc Əliyev gətirildi

Sadıq Sadıqovun yerinə cavan kadr Fərəc Əliyev gətirildi
Digər
442
03 Noyabr 2025 - 21:00

Supersport.Az-ın məlumatına görə, "Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.


İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.


İcraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.


Sadıqov Sadıq müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılar Olimpiya oyunları, dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. O, 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009-2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" komandası  Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.


37 yaşlı Fərəc Əliyev 2009-cu ildə Odlar Yurdu Universitetini, 2012-ci ildə isə Moskva Dövlət İdarəçilik Universitetini bitirib. Əvvəlcə İdman Klubunun İdarə Heyəti sədrinin müşaviri olub.


Qeyd edək ki, "Neftçi" İdman Klubunun sədri Hafiz Zeynalov həm də "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir. Zeynalovun rəhbərlik etdiyi futbol qurumu üç ildir bərbad vəziyyətdədir. 



Digər xəbərlər