"Xankəndi" çempion olmaqla birinci liqada
Futbol
27
18 May 2026 - 19:55
Supersport.Az II Liada ilk "6-lıq" mərhələsinin sonuncu – XXVII turunun oyunları çərçivəsində "Xankəndi" Futbol Klubu səfərdə "Şəmkir"in qonağı olub.
Şəmkir OİK stadionunda keçirilən gərgin və həlledici qarşılaşmada Qarabağ təmsilçisi rəqibi üzərində 1:0 hesablı qələbə qazanaraq, həm II Liqanın çempionu olub, həm də I Liqaya vəsiqəni rəsmiləşdirib.
"Xankəndi"nin heyətində yeganə qola Elvin Nəsibov imza atıb.