"Barselona"nın baş məşqçisi Hansi Flik: "Rəqibi yorub udduq"
Supersport.Az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hansi Flik İspaniya çempionatının 13-cü turunda "Vilyarreal" üzərində qazanılan qələbədən (3:2) sonra təəssüratlarını bölüşüb.
"İlk on dəqiqəyə baxdıqda, heç də yaxşı başlamadığımızı deyə bilərik. Rəqibin bizə təzyiq edəcək bir komanda olduğunu bilirdik. Çətin oyun idi və iki qol buraxdıq. Komandanın reaksiyası elə ilk hissədə belə inanılmaz idi. Penalti kimi şans yaxaladıq. İkinci hissədə fərqli oynadıq və rəqib yoruldu, bu da normaldır. 10 dəqiqə ərzində üç qol vurmağı bacardıq. İnanılmazdır.
Qələbəyə çox şadam. Rəqibin hesabda önə keçməsindən sonra qalib gəlməyimiz xüsusilə xoşdur. İlk qolu öz kobud səhvimizdən buraxdıq. Hələ ilk hissədə qol vurmaq imkanlarımız var idi. Fasilədən sonra qat-qat yaxşı oynadıq və komandanın oyununda nizam-intizam yaratdıq. Düşünürəm ki, bu qələbəyə layiq idik.
Ferminin nəyə görə qovulduğunu başa düşmədim. Bunu hakimlərdən soruşdum və sarı vərəqə aldım. Dəqiq bildiyim bir şey var: dördüncü hakim bütün oyun boyu bizim ehtiyat oyunçular skamyasına tərəf baxırdı. Mən meydandakı hakimlərə kömək etməyə çalışıram. Nə baş verdiyini və ona nə deyildiyini bilmirəm. Bu barədə daha çox məlumat öyrənməliyəm.
Ümumilikdə hakimlərin işindən razıyam. Amma bu hakimlə bağlı problemlərimiz daim yaranır — hər şey təkrar-təkrar baş verir. Vəziyyət belə davam edərsə, bizə ancaq daha yaxşı oynamaq və qələbə qazanmaq qalır. İkinci hissədə məhz belə də etdik" ("Marca").
"Barselona" - "Vilyarreal" matçını baş hakim Alexandro Hernandez Hernandez idarə edib.
"Barselona" noyabrın 25-də Çempionlar Liqasının 5-ci turunda Bakı Olimpiya Stadionunda "Sabah"la qarşılaşacaq.
Matç saat 21:45-də başlanacaq.