"Barselona" bu gün Bakıya gəlir - Eksklüziv
Futbol, Eksklüziv
125
23 Noyabr 2026 - 11:36
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasında "Sabah"ın rəqibi "Barselona" bu gün axşam ölkəmizə gələcək.
İspaniyanın məşhur komandasının təyyarəsinin saat 21:00-da Bakıya çatacağı gözlənilir.
Supersport.Az-a bu məlumatı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov verib.
Xatırladaq ki, noyabrın 25-i saat 21:45-də Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının 5 ci turunda "Barselona" "Sabah"la qarşılaşacaq.