"Barselona" Bakıya qələbəylə gəlir

"Barselona" Bakıya qələbəylə gəlir
Futbol
107
22 Noyabr 2026 - 19:12

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Sabah"ın rəqibi "Barselona" bu gün İspaniya La Liqasının 13-cü turun oyununu keçirib. 


İspaniyanın 29 qat çempionu "Vilyarreal"ı sınağa çəkib.

"Barselona" hesabda 2 qolla geri düşsə də, sonradan 3 qol vuraraq əzmkar qələbə qazanıb.

Kataloniya komandası 13 turdan 36 xalla liderdir. "Real Madrid" 33 xalla ikincidir. "Atletiko Madrid" 12 oyundan 28 xalla üçüncüdür.


"Barsa" noyabrın 25-də Çempionlar Liqasının 5-ci turunda "Sabah"ın qonağı olacaq. 


Matça saat 21:45-də Bakı Olimpiya Stadionunda start veriləcək.

Digər xəbərlər