"Kəpəz” – "Qarabağ" matçında rekord
Futbol
76
22 Noyabr 2026 - 22:53
Azərbaycan Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb. 2026/27 mövsümünün yeni rekordu XII turun “Kəpəz” – “Qarabağ” görüşündə (0:0) olub.
Supersport.Az-ın məlumatına görə, Gəncə şəhər stadionundakı qarşılaşmanı 15 min 500 azarkeş seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.
Bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. IV turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.