"Barselona" Lamin Yamalı "Sabah"la matça gətirmir
Futbol
121
23 Noyabr 2026 - 16:26
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 5-ci turunda "Sabah"ın qonağı olacaq "Barselona" Bakıya itkiylə gəlir.
İspaniya klubu aparıcı oyunçu Lamine Yamalın sağ topuğunda narahatlıq hiss etdiyi haqda xəbər yayıb. Ehtiyat tədbiri olaraq o, "Sabah" komandasına qarşı oyunu buraxacaq. Lakin Lamin Yamal gələn bazar günü Deportivo de La Korunya ilə keçiriləcək matçda oynamağa hazır olacaq.
"Barselona" Yamala istirahət verib, Bakıya gətirmir.