Gəncədə "Qarabağ"dan çempionluq tələb olundu - Video

Gəncədə "Qarabağ"dan çempionluq tələb olundu - Video
Futbol, Video
114
23 Noyabr 2026 - 10:41

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" klubunun çıxışından narazı olan "İmarət" Azarkeş Qrupu paylaşım edib. Fanatlar komandadan çempionluq tələb edib.


"Son 5 oyunda cəmi 4 xal toplamağımız və ardıcıl 4-cü oyundur ki, rəqib qapısına yol tapa bilməməyimiz artıq ciddi narahatlıq doğurur. Kəpəzlə qarşılaşmada yaşanan xal itkisi də mövcud vəziyyətin nə qədər düşündürücü olduğunu bir daha göstərdi. Açığı, nə bu nəticələrlə, nə də komandanın son oyunlardakı çıxışı ilə heç birimiz razı deyilik. Mövsümün bu həlledici mərhələsində belə xal itkilərinə yol vermək, xüsusilə də hücumda məhsuldarlığın bu qədər aşağı düşməsi qəbuledilməzdir. Komanda mütləq şəkildə öz oyununu tapmalı, əvvəlki əzmkarlığını, mübarizliyini və qələbə ruhunu meydanda yenidən nümayiş etdirməlidir".



Digər xəbərlər