"Xankəndi"də baş məşqçi vəzifədən getdi
Futbol
497
07 Yanvar 2026 - 20:37
Supersport.Az xəbər verir ki, "Xankəndi" Futbol Klubunda yeni kadr təyinatı həyata keçirilib.
Qarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılan türkiyəli mütəxəssis İbrahim Uzunca, "Xankəndi Futbol Akademiyası"nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
"Xankəndi" FK-nın mətbuat xidməti belə məlumat yayıb.
Qeyd edək ki, "Xankəndi Futbol Klubunun yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək