Azərbaycan yığması irəlilədi, ermənilərdən də geridədir
Futbol
235
19 Noyabr 2026 - 12:15
FIFA yeni reytinqini açıqlayıb.
Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisi 211 ölkənin olduğu siyahıda üç pillə irəliləyərək 124-cü (1145.18 xal) olub.
Azərbaycan millisi son oyunlarında UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0) və yoxlama matçında Andorranı (3:1) məğlub edib.
Azərbaycan yığması 7 oktyabrda FIFA reytinqində 1138,96 xalla 127-ci pillədə yer almışdı.
Türkiyə 33-cü (-2), Ermənistan 110-cu (-2), Estoniya 117-ci (+5), Qazaxıstan 119-cudur (-2).
Dünya reytinqində ilk üç pilləni İspaniya (2004,48 xal), Argentina (1966,13 xal) və Fransa (1950,82 xal) tutur.