"Lider komandanın belə səhvlər etməyə haqqı yoxdur" - Yuri Vernidub

"Lider komandanın belə səhvlər etməyə haqqı yoxdur" - Yuri Vernidub
Futbol
80
22 Noyabr 2026 - 18:00

Supersport.Az xəbər verir ki, "Araz-Naxçıvan"ı  məğlub edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub fikirlərini bildirib 


"Çox şadam ki, biz qalib gəldik. Rəqibdən fərqli olaraq biz bu cür süni meydanda daimi olaraq oynamırıq. Bu səbəbdən də bəzi hallarda topa nəzarətimizdə problemlər yaranırdı. Qələbə qazanmağımız sevindiricidir, mənfi məqam isə sonda buraxdığımız qoldur. Çünki lider mövqedə olan bir komanda kimi belə səhvlər etməyə haqqımız yoxdur. Qapımızı toxunulmaz saxlayıb daha bir qol vura bilərdik, amma futbolda bu cür hallar olur. Oyunu təhlil edib nəticələr çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm, onlar hər zaman "Neftçi"nin yanındadırlar. Bu gün də bizi tək qoymadılar və çox yüksək səviyyədə dəstək göstərdilər. Klismanın möhtəşəm qoluna gəlincə, sevinirəm ki, o artıq 6 qol vurub, ona ümidimiz böyükdür".

Digər xəbərlər