"Zirə"dən heç-heçə razılığı, "Sabah"dan darmadağın

"Zirə"dən heç-heçə razılığı, "Sabah"dan darmadağın
Futbol
92
20 Noyabr 2026 - 20:50

Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.


Supersport.Az xəbər verir ki, bu gün iki matç keçirilib.


"Zirə" Yevlax stadionunda "İmişli"nin qonağı olub. Komandalar 2:2 hesablı bərabərliyə razı olub. 


"Sabah" isə "Sumqayıt"la qarşılaşıb. Burada qonaqlar qələbəyə sevinib.


Azərbaycan Premyer Liqası. 12-ci tur


20 noyabr (cümə)


14:30. “İmişli” - “Zirə” 2:2

Qollar: Seyxan Fərəcov, 71 (pen), 76 (pen) - Davit Volkov, 44, Rikardo Martins, 55


Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev

Yevlax şəhər stadionu


19:00. “Sumqayıt” - “Sabah” 1:5

Qollar: Sedrik Badolo, 30 - Ksander Severina, 22, İvan Lepinitsa, 42, Timoteuş Puxaç, 55, Aleksey İsayev, 67, Xəyal Əliyev, 75

Qırmızı vərəqə: Lukas Blek, 32 ("Sumqayıt")


Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Digər xəbərlər