"Real"dan Arda Gülerlə yeni müqavilə
Futbol
113
19 Noyabr 2026 - 14:47
"Real Madrid" türkiyəli futbolçusu Arda Gülerlə müqaviləsini artırıb.
Supersport.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2023-cü ilin yayında "Fenerbahçe"dən "Real"a keçib.