"İstəyim odur ki, Azərbaycan xalqı sevinsin"

"İstəyim odur ki, Azərbaycan xalqı sevinsin"
Futbol
41
20 Noyabr 2026 - 21:05

Supersport.Az xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje Tofiq Bəhramov adına Respublika Stadionunda İraqın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirilən ikinci yoldaşlıq oyunundan (2:1) sonra mətbuat konfransında fikirlərini bildirib:


"Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər. Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.


Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutan ilk oyun 0:0 hesablı heç-heçə başa çatıb.

Digər xəbərlər