"Kəpəz"lə "Qarabağ" şəhid övladlarıyla meydana çıxacaq
Futbol
143
22 Noyabr 2026 - 08:23
Supersport.Az-ın məlumatına görə, "Kəpəz" və "Qarabağ" komandalarının futbolçuları bu gün Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna şəhid övladları ilə birgə çıxacaqlar.
Bununla bağlı "Kəpəz" PFK rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti müsbət cavablandırılıb.
Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın övladları meydançaya çıxdıqdan sonra həmişə olduğu kimi, oyunu tribunada izləyəcəklər.
Bu ideya "Kəpəz" PFK və "Gəncə Park City"nin təşəbbüsü, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində baş tutacaq.
"Kəpəz" - "Qarabağ" matçı bu gün saat 17:00-da Gəncə şəhər stadionunfa başlayacaq.