"Kəpəz" - "Qarabağ" matçında rekord olacaq

"Kəpəz" - "Qarabağ" matçında rekord olacaq
Futbol
137
21 Noyabr 2026 - 17:00

Supersport.Az xəbər verir ki, noyabrın 22-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb. 


Bu, 15363 yerlik Gəncə şəhər stadionunda tamaşaçı sayına görə mövsümün rekordunun qeydə alınacağını qabaqcadan söyləməyə əsas verir.


Hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb.


Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları qarşıdakı günlərdə bağlı olacaq.


Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü bazar günü saat 17:00-da başlanacaq.




Digər xəbərlər