Azərbaycan millisi qalib gəldi
Futbol
62
20 Noyabr 2026 - 18:52
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirib.
Supersport.Az xəbər verir ki, növbəti dəfə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 25-ci dəqiqədə Nicat Nərimanov və 45-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutan ilk oyun 0:0 hesablı heç-heçə başa çatıb.
Azərbaycan (U-20) – İraq (U-20) - 2:1
Qollar: Nicat Nərimanov, 25; Şahin İbrahimov, 45 - Moamel Malik Sabah, 67