"Qarabağ"ın Avroliqadakı heyəti

"Qarabağ"ın Avroliqadakı heyəti
Futbol
247
06 İyul 2026 - 19:00

Supersport.Az xəbər verir ki, "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. 


Azərbaycan klubunun "Vestri (İslandiya) ilə matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.


A vərəqindəki "20-liy"ə aşağıdakı futbolçular daxil edilib:


Qapıçılar: 99. Mateuş Koxalski, 1. Şahrudin Məhəmmədəliyev;


Müdafiəçilər: 2. Mateus Silva, 5. Bruno Lanqa, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov;


Yarımmüdafiəçilər: 7. Jali Muaddib, 8. Marko Yankoviç, 9. Joni Montiel, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 88. Samuel Lobato;

 

Hücumçular: 11. Zakaria Savo, 17. Kamilo Duran, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas.


B vərəqində isə 4 futbolçu yer alıb: 


Qapıçılar: 12. Teymur Həsənov, 77. Bilal Hacıyev;


Yarımmüdafiəçilər: 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.


"Qarabağ"ın "Vestri" ilə ilk oyunu iyulun 9-da Bakıda, cavab görüşü ayın 16-da İslandiyada keçiriləcək.

Digər xəbərlər