UEFA reytinqi: Azərbaycan bir pillə irəlilədi

UEFA reytinqi: Azərbaycan bir pillə irəlilədi
Futbol
151
08 İyul 2026 - 08:04

Azərbaycan təmsilçisi Çempionlar Liqasına uğurlu start verib.


"Sabah" Uels çempionu TNS klubunu 2:0 hesablı məğlub etdiyi üçün ölkəmizə 0.250 reytinq xalı qazandırıb.


Supersport.Az xəbər verir ki, Azərbaycan ötən mövsümlə müqayisədə UEFA reytinqində bir pillə yuxarı qalxaraq 18.812 xalla 26-cı pilləyə yüksəlib.


Buna səbəb 2021/22 mövsümünün nəticələrinin nəzərə alınmamasıdır. UEFA yalnız son 5 mövsümdə nəticələri toplayaraq ölkələrin reytinq cədvəlini hazırlayır.


Avropanın 55 ölkəsinin yer aldığı siyahıda ilk "üçlük"də İngiltərə (98.519 xal), İtaliya (84.232 xal) və İspaniya (78.618 xal) var.


Digər xəbərlər