"FİFA Messinin komandasının qələbəsinə kömək etdi" - Husam Həsən

"FİFA Messinin komandasının qələbəsinə kömək etdi" - Husam Həsən
Futbol
189
08 İyul 2026 - 07:27

Supersport.Az xəbər verir ki, DÇ-2026-nın 1/8 finalında Argentinaya uduzdurulan Misir yığmasının baş məşqçisi Husam Həsən FIFA-nı, hakimliyi sərt tənqid edib.


Misirlilər əvvəlcə 2:0 hesabda irəli çıxsalar da, sonda 2:3 məğlubiyyətlə üzləşiblər.


Matçın 58-ci dəqiqədə misirlilərin hücumçusu Mostafa Ziko topu qapıdan keçirib və hətta formasını çıxararaq qolu qeyd edib. Ancaq  fransalı baş hakim François Letexier VAR-ın tövsiyəsindən sonra epizodu izləyib qolu ləğv edib. Səbəb kimi bundan əvvəl Marvan Attianın Lisandro Martínezin ayağına basması göstərilib. 67-ci dəqiqədə Ziko yenidən fərqlənib və bu dəfə qol qeydə alınıb, hesab 2:0 olub.


H.Həsən oyundan sonra bildirib ki, komandası Argentinadan daha yaxşı oynayıb, amma nəticəyə haqsızqlıqlar  təsir edib. Mütəxəssisin sözlərinə görə, ləğv olunan qol sayılmayıb və hesab 3:1 də ola bilərdi.


H.Həsən deyib ki, FİFA Messinin turnirdən kənarda qalmasını istəmir:


"Dünya Kuboku kommersiya maraqlarının xidmət sektoruna çevrilib. Ədalət yoxdur. Messinin kənarda qalmasını istəmirlər. Təmiz qolumuz, penaltimiz verilmədi. FİFA Messinin kənarlaşmasını istəmir. Buna görə də Argentinaya hakim dəstəyi verildi. Əvvəlcədən hansısa komandanı çempionluğa daşımağa çalışılırsa, digər yığmaların iştirakına nə ehtiyac var? Artıq dünya çempionatına baxmayacağam".



Digər xəbərlər