"Qarabağ" Kamilo Duranı "Seltik"ə 12 milyona satır
Futbol
130
07 İyul 2026 - 19:34
Supersport.Az xəbər verir ki, "Seltik" "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferi üçün 5,5 milyon funt-sterlinq (6,5 milyon avro, 12,4 milyon manat) ödəməyə razılaşıb.
Bu barədə şotlandiyalı jurnalist Stephen Mcgovan "X" hesabında yazıb.
Kolumbiyalı futbolçu müqavilə imzalamaq üçün Şotlandiyanın Qlazqo şəhərinə yola düşüb.
Keçid baş tutarsa, bu, Ağdam təmsilçisinin indiyə qədərki ən bahalı satışı olacaq.