Çempionlar Liqası: "Sabah" qələbəylə başladı, futbolçusu qovuldu
Futbol
179
07 İyul 2026 - 21:55
Supersport.Az-ın məlumatına görə, bu gün ölkə çempionu "Sabah" Çempionlar Liqasında ilk matçını keçirib.
Avropanın bir nömrəli klub yarışında debüt edəcək Azərbaycan çempionu Masazırda Uels çempionu TNS klubuyla qarşılaşıb.
"The New Saints" komandasıyla üzləşən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç ərəfəsində qələbə qazanacaqlarına inandığını bildirmişdi.
"Sabah" 2:0 hesablı qələbə qazanıb. Matçın son dəqiqələrində komandanın futbolçusu Solvet meydandan qovulub.
20:00 "Sabah" - TNS 2:0
Baş hakim: Patrik Qriçkieviç (Polşa)
Qollar: Velko Simiç 66, Kahim Parris 84
Qırmızı vərəqə: Solvet 90+2
Cavab qarşılaşması bir həftə sonra səfərdə keçiriləcək.