"Qarabağ" bolqarlara qarşı

"Qarabağ" bolqarlara qarşı
Futbol
77
30 İyul 2026 - 12:00

“Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ikinci oyununu bu gün keçirəcək.


Supersport.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın SSKA klubuyla qüvvəsini sınayacaq.


Bu cütün qalibi üçüncü təsnifat mərhələsində "Şerif" – “Makkabi”(Tel-Əviv) duelinin qalibi (ilk oyun: 0:5) ilə qarşılaşacaq. Məğlub tərəf isə 3-cü təsnifat mərhələsində "Dinamo”(Kiyev) - PAOK (ilk oyun: 2:3) cütünün məğlubu ilə üz-üzə gələcək. 


22:00 SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)


Vasil Levski stadionu, Sofiya

Baş hakim: Bram van Drieske (Belçika)

İlk oyun: 0:0

Digər xəbərlər