Rüsvayçılıq: "Zirə" zəif rəqibi keçə bilmədi

Rüsvayçılıq: "Zirə" zəif rəqibi keçə bilmədi
Futbol
122
30 İyul 2026 - 21:51

"Zirə" Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ikinci oyununu keçirib.


Supersport.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Estoniyanın “Paide” komandasını qəbul edib. "Zirə" cavab oyununda rəqibiylə 1:1 hesablı oynadığından yarışdan kənarda qalıb. Estoniya klubu ilk matçda 1:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.


Bu matçın qalibi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid”(Vyana) komandası ilə qarşılaşacaq.


20:00 "Zirə" (Azərbaycan) - "Paide" (Estoniya) 1:1

Qollar: Eren Aydın 41

“SOCAR Polymer Arena”, Sumqayıt

Baş hakim: Patrik Kolariya (Xorvatiya)


İlk oyun: 0:1.

Digər xəbərlər