"Neftçi" Avropa yarışından kənaşdırıldı
Futbol
104
30 İyul 2026 - 22:53
"Neftçi' Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Belarusun “Dinamo”(Minsk) klubu ilə neytral meydanda qarşılaşıb.
Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazansa da, ilk oyunda "Neftçi" 2:4 hesablı məğlub olduğundan mübarizəni dayandırıb.
21:00 “Dinamo”(Minsk) – “Neftçi” (Azərbaycan) 0:1
Qol: Breno Almeyda, 12
Beroe stadionu, Stara Zaqora (Bolqarıstan). Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Bu matçın qalibi üçüncü təsnifat mərhələsində “Jelezniçar”(Pançevo, Serbiya) – “Braqa”(Portuqaliya) cütünün (ilk oyun: 0:1) qalibi ilə qarşılaşacaq.